azia.az
azia.az

"Liverpul" 100 milyon avroluq transferə hazırlaşır

8-06-2022, 20:01

"Liverpul" 100 milyon avroluq transferə hazırlaşır
"Liverpul" klubu heyətinə yeni futbolçu qatmağı planlaşdırır.
Azia.az xəbər verir ki, "qırmızılar" "Benfika"nın hücumçusu Darvin Nunesi transfer etmək üçün çalışır. Klub qarşı tərəfə 22 yaşlı forvarda görə 100 milyon avro təklif edib. "Benfika" razılaşarsa, uruqvaylı oyunçu "Liverpul"un tarixindəki ən böyük transfer olacaq.

Qeyd edək ki, Nunes geridə qalan mövsüm "Benfika"nın heyətində 41 oyunda 34 qol vurub və 4 qolun ötürməsini verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi