azia.az
azia.az

“Dinamo” çempion, Mahirdən möhtəşəm qol

30-07-2023, 08:51

“Dinamo”dan darmadağın, Mahirdən qol və assist!

Futbol üzrə Xorvatiya çempionatında 2-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “İstra” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Emreli də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib. Komandasının 6-cı dəqiqədə vurduğu ilk qolda məhsuldar ötürmə müəllifi olan Mahir 57-ci dəqiqədə də özü fərqlənib.

Son Xorvatiya çempionu olan “Dinamo” 2 turdan sonra 3 xalla 4-cü pillədə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi