Mahir Emrelinin komandası darmadağın edild
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 34-cü tur oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, komanda turun mərkəzi görüşündə "Osiyek"i qəbul edib. Qarşılaşma "Dinamo"nun 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
25 yaşlı azərbaycanlı forvard bu matçda meydana buraxılmayıb.
Qeyd edək ki, hazırda 70 xalı olan Zaqreb təmsilçisi hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Hayduk" 66 xalla 2-ci, "Osiyek" 68 xalla 3-cüdür.