UEFA Azərbaycan millisinə qadağa qoydu-ŞOK HADİSƏ!
UEFA 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini cəzalandırıb.
Yığmamız bundan sonra qurumun keçirdiyi İnkişaf turnirində iştirak edə bilməyəcək.
Avropa futbol təşkilatı bununla bağlı AFFA-ya məktub yollayıb.
Saytımız hazırda qadağanın səbəblərini araşdırır. Əlimizdə müəyyən bilgilər var və çalışacağıq ki, onları tezliklə oxucularımızın diqqətinə çatdıraq.
Füzuli Məmmədovun baş məşqçisi olduğu komanda mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada keçirilən UEFA İnkişaf turnirində iştirak edib. Yığmamız burada Farer adaları, Albaniya və Moldova ilə üz-üzə gəlib.