azia.az
azia.az

Tramp ailəsinin üzvləri haqqında ilginc bilgilər- ABŞ PREZİDENTİNİN KÜRƏKƏNİ ATASININ QİSASINI ALDI - FOTOLAR

27-09-2017, 15:41

Tramp ailəsinin üzvləri haqqında ilginc bilgilər- ABŞ PREZİDENTİNİN KÜRƏKƏNİ ATASININ QİSASINI ALDI - FOTOLAR


Bu gün dünyada ən geniş müzakirə olunan mövzulardan biri də ABŞ-ın yeni prezidenti və onun ailə üzvləri ilə bağlı məsələlərdir. İstər Donald Trampın şəxsi həyat tərzi, istərsə də ailəsi, qızları və kürəkəni haqqında xeyli yazılar yazılır.

Gununsesi.info xəbər verir ki, hazırda bir çoxlarını düşündürən Amerika demokratlarının donoru hesab edilən Trampın qudası Kuşnerlərin növbəti seçkilərdə respublikaçıların namizədini dəstəkləməsinin səbəbləridir.

Necə oldu ki, Trampın kürəkəni Cared Kuşner, Trampın prezident seçkiləri ərəfəsində onun komandası tərəfindən “boz kardinal” titulunu aldı. Respublikaçılar indi onu Tramp komandasının “boz kardinal”ı adlandırırlar. Matriarx klana məxsus Kuşnerlər ailəsinin təmsilçisi Cared necə oldu ki, siyasi olimpin zirvəsinə doğru belə rahatca irəliləyir?

Həyat uğrunda mübarizə, Kuşnerlərin Belarusiyadan başlanan yolu…

Trampın kürəkəni Cared Kuşnerin nənəsi Raisa İkinci dünya müharibəsi zamanı Belarusiyanın işğalı nəticəsində canını çox möcüzəli şəraitdə qurtara bilib.

1941-ci ildə Almaniyanın SSRİ-yə hücumu zamanı iki həftə ərzində demək olar ki, Belarusu işğal etdi. İlk olaraq Minski, daha sonra isə Novoqrudoku işğal etdilər. Şəhərdə yaşayan bütün yəhudiləri sarı ulduzlu paltar geyindirməyə məcbur edirlər. Almanlar hüquqşünas və digər intellektual peşə sahibi olan yəhudilər elə şəhərin mərkəzindəcə güllələyirlər. Güllələmədən sonra şəhərin mərkəzindəki qanı yumaq üçün 50 nəfərdən ibarət təmziləyici dəstə hazırlanır və Raisa Kuşner də bu dəstənin içərisində yer alır. Qalanları əsir düşərgəsinə yerləşdirilir. 1943-cü ilin ortalarında Rayanın anası və bacılarından biri bu düşərgədə dünyasını dəyişir. Raya atası, qardaşı və ikinci bacısı ilə sağ qalır. O zaman 500-ə yaxın əsir nasistlərdən qaçmaq qərarına gəlir və bunun üçün əlləri ilə tunel qazaraq qaçıblar. Qaçış uğurla alınsa da, Rayanın qardaşı ölür. Sağ qalan Kuşnerlər Balski qardaşlarının partizan dəstəsinə qoşulurlar.

Raya 1945-ci ildə müharibədən sonra partizan dəstəsində tanış olduğu dülgər İosif Berkoviçə ərə gedir. Bundan sonra onlar qeyri-leqal yolla İtaliyaya gəlir və orada qaçqın düşərgəsinə yerləşərək Amerikaya viza alırlar.

Amerika yolculuğu və yeni imkanlar…

Amerikaya gələn İosif (artıq o adını dəyişərək Cozef qoyur) Raisa ilə Nyu-Yorkda Bruklində yerləşirlər. İosif Nyu-Cersidə tikintidə işləməyə başlayır. Burada onların işləri çox uğurlu alınır. İosif taunhaus evlər tikərək, onları icarəyə verir. Kuşnerlər qısa zaman ərzində lazımı səviyyədə gəlir əldə edirlər. Nyu-Yorkda ailənin Mürrey və Çarlz adlı oğlu və qızı Ester dünyaya gəlir.

Ataları İosif dünyasını dəyişdikdən sonra ailədə məsuliyyəti Çarlz öz üzərinə götürür. Artıq bu zaman Kuşnerlər ailəsinin 20 min kvadratmetrlik mənzilə, banklarda payları və otel biznesi olub.

Kuşnerlər ailəsi əldə etdiyi gəlirlərdən yəhudi təhsil müəssisələrinin tikintisini maliyyələşdirirlər, bununla belə imkansızlara yardım edirlər.

Raisa Kuşner özü isə ABŞ-dakı Xolokost Muzeyinin ilk yaradıcılarından biri hesab olunur.

1981-ci ildə Çarlzın oğlu Cared dünyaya gəlir. Cared mehriban və dini bir ailədə böyürərək, tərbiyə alır. Caredin xalaları, bibiləri, dayı və əmiləri, qohumları mütəmadi olaraq onlarla şabat (şənbə) yeməklərinə gəlirlərmiş.

Demokratların donoru…

İş adamı Çarlz Kuşneri siyasət özünə cəlb edir. Və qısa zamanda Çarlz Demokratlar Partiyasının əsas donorlarından birinə çevrilir. Amerikanın ən məhşur siyasətçiləri, hətta Hillari Klinton dəfərlərlə onun qonağı olub.

Çarlz Kuşner maliyyə dəstəyi ilə Cim Makqrivi Nyu-Cersinin qubernatoru seçilir. Cim Makqrivi qubernator seçildikdən sonra Kuşnerə borclu qalmır Nyu-York və Nyu-Cersinin limanları idarəsinin rəhbərliyinə namizədliyini irəli sürür.

Bu isə Çarlz Kuşnerə 2001-ci il 11 sentyabr zamanı Hyu-Yorkda terror nəticəsində dağıdılan “əkizlər” Dünya Ticarət Mərkəzinin yenidən bərpası ilə bağlı möhtəşəm müqavilə imzalamaq imkanı yaradır. Onun bu perspektivi ailədə heç də birmənalı qarşılanmır və qardaşı bunun əleyhinə çıxır.

Patriarxın çöküşü

Çarlzın qardaşı Mürrey onu ailəyə məxsus varidatı dağıtmaqda ittiham edir. Mürrey “Kushner Companies Holdinq”in keçmiş mühasibi qismində Çarlzın siyasilərə necə pul xərclədiyini və bu pulları necə qeyri-qanuni yolla dövriyyədən çıxardığı barədə açıqlama verməyə başladı.

Kuşnerlər ailəsində baş verən bu mübahisə və Mürreyin bu açıqlamaları Nyu-Cersinin ambitsioz prokuroru Krisi Kristin maraqlarını çəkdi və prokuror Çarlza qarşı ittiham irəli sürdü. Nəticədə Çarlz limanlar idarəsinə rəhbərlikdən namizədliyini geri götürməli oldu.

Prokurorluq Çarlza qarşı 18 epizod üzrə vergidən yayınma, istintaqa təsir etmə, qeyri-qanuni olaraq siyasi təşkilatları maliyyələşdirməklə bağlı cinayət işi qaldırır. 2005-ci ildə Çarlz iki il müddətində həbs olunur. Kristi bununla da Kuşnerlər ailəsinin biznesinə dağıdıcı zərbə vurmuş olur.

Kuşnerlər ailəsinin yeni möhtəşəm siması

Çarlz həbsdə olan zaman oğlu Cared Harvard Universitetini bitirir. Cared ailəsinin itirdiyi reputasiyanı və milyonları bərpa etməyə qərar verir. Bu məqsədlə Cared media layihələrinə start verir və bu məqsədlə təhsilli insanlar arasında populyar olan “The New York Observer” qəzetinə sahib olur.

Çarlz isə 1,5 il yatqıdan sonra həbsdən çıxır. Ancaq o şirkətə rəhbərlik etmək istəmir və bundan imtina edir. Çarlz şirkəti oğlu Caredə təhvil verir. Çünki təmiz adla kredit almaq daha asan olduğunu yaxşı bilir. Ata oğul şirkətdə çox gözəl tandem yarada bilirlər. Məhz bunun nəticəsində yenidən uğurlar bir-birini əvəz etməyə başlayır. Nəticədə Nyu-Yorkdakı Bruklin məhəlləsində ailənin bir neçə göydələni ucalır. Kuşnerlər ailəsinə məxsus şirkətin əməkdaşlarının sayı 70-dən 700-dək artır. Bu uğurlar fonunda Çarlzın məhkumluğu unuduldu.

İvanka ilə tanışlıq

2007-ci ildə işgüzar naharda Cared tikinti maqnatı Donald Trampın qızı İvanka ilə tanış olur. Bu tanışlıqdan iki il sonra Kuşnerlər ailəsinin razılığı ilə İvanka sinaqoqda iduizm dinini qəbul edərək, toy edirlər.

Vaşinqtona yürüş

2015-ci ilin iyununda Donald Tramp prezident seçkilərində iştirak etmək barədə qərar verən zaman, Cared tərəddüd etmədən ona yardımçı olacağını bəyan edir. O, bunu qohumluq vəzifə borcu bildi.

Onu siyasi proseslərə marağı ailədən gələn bir ənənə hesab olunur. Baxmayaraq ki, Cared demokratları dəstəkləyən bir ailədə böyüyüb.

Demokratlar ailəsində böyüyən Caredin respublikaçı sevgisi

2015-ci ilin 9 noyabrında İllinoys ştatında Sprinqfild şəhərindəki ən böyük konfransa zalında böyük siyasətin nə olduğunu anlayır.

O zaman Trampın ətrafına 10 mindən çox tərəfdaşı olur. O böyük siyasətdə bir çox məsələlərlə maraqlanmağa başlayır.

Kuşner seçki ərəfəsində Trampla bütün ölkəni gəzərək Amerika reallığını görməyə başlayır. O sadə amerikalının nəyə ehtiyac duyduğunu öyrənir. Seçki kampaniyası dövrü isə qayınatasına yaxından yardım edir.

Hakimiyyətin zirvəsinə doğru dırmanış və qisas

Trampın qələbəsindən sonra Cared atası Çarlızı dəmir barmaqlıqlar arxasına göndərən Kris Kristidən qisas almağı düşünür. Və bunun nəticəsi olaraq Cared Kris Kristiyə Tramp administrasiyasında vəzifə almağa imkan vermir. Baxmayaraq ki, Kris Kristi Trampın yaxın silahdaşlarından olub. Tramp ona administrasiyada vəzifə təklif etsə də, Cared buna imkan vermir.

Cared hazırda Amerikanın ən vacib məsələlərini həll edən kadrlardan biri hesab olunur. Kuşner Səudiyyə Ərəbistanı, Çin, İsrail, Kanada və Meksika ilə əlaqələrə cavabdehlik daşıyır. Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı məhşur silah müqaviləsi onun sayəsində imzalanıb.

Tramp ailəsinin üzvləri haqqında ilginc bilgilər- ABŞ PREZİDENTİNİN KÜRƏKƏNİ ATASININ QİSASINI ALDI - FOTOLAR
Tramp ailəsinin üzvləri haqqında ilginc bilgilər- ABŞ PREZİDENTİNİN KÜRƏKƏNİ ATASININ QİSASINI ALDI - FOTOLAR
Tramp ailəsinin üzvləri haqqında ilginc bilgilər- ABŞ PREZİDENTİNİN KÜRƏKƏNİ ATASININ QİSASINI ALDI - FOTOLAR
Tramp ailəsinin üzvləri haqqında ilginc bilgilər- ABŞ PREZİDENTİNİN KÜRƏKƏNİ ATASININ QİSASINI ALDI - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi