azia.az
azia.az

Qran-pri: Nurlan Osmanov və İbrahim Əliyev tatamiyə çıxacaq

3-06-2023, 09:52

Bu gün Azərbaycanın daha iki cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-pridə mübarizəyə başlayacaq.

Məlumata görə, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/16 final mərhələsində Hindistan təmsilçisi Vikas Dalalla üz-üzə gələcək.

Eyni çəkidəki İbrahim Əliyev Qırğızıstan idmançısı Abdulla Əliyevlə görüşəcək.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Yarış iyunun 4-də başa çatacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi