azia.az
azia.az

Azarkeş Ronalduya görün nə etdi - VIDEO

19-02-2023, 09:39

Çılğın azarkeş Ronalduya hücum çəkdi - VIDEO

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştianu Ronaldu "Əl-Taun"la oyunöncəsi məşqdə hücuma məruz qalıb. 

Fanat.Az xəbər verir ki, bu epizodun videogörüntüsü yayılıb. 

Azarkeşlərdən biri meydançaya daxil olaraq portuqaliyalı futbolçuya tərəf qaçıb, çatarkən sürüşərək onun ayaqları altına düşüb. Ronaldu ani hərəkətlə kənara çəkilərək hücumdan yayınıb. Əks halda, ayağına xəsarət yetiriləcəkdi. Daha sonra fanat stüardlar tərəfindən tutulub. Ronaldu səssizcə vəziyyəti müşahidə edib.
 

Qeyd edək ki, sözügedən oyun 2:1 hesabı ilə “Əl-Nəsr”in xeyrinə başa çatıb və Ronaldu hər iki qolda məhsuldar ötürmə verib. 

Mirağa


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi