Olimpiya çempionu Azərbaycan vətəndaşlığından da çıxıb
Olimpiya çempionu, dağıstan əsilli Şərif Şərifov Mahaçqalala dağıstanlı mışqçilərlə çəkdirdiyi fotosu diqqət çəkib.
Artıq uzun müddətdir Azərbaycana gəlməyən Şərİfov ölkəsində məşqçi kimi karyerasını davam etdirir.
32gun.az-a daxil olan məlumatda bildirilir ki, Ş.Şərifov sərbəst güləş üzrə milli komandamızıdan sonra Azərbaybaycan vətəndaşlığından da çıxıb.
Qeyd edək ki, o 2008-2021-ci illərdə Azərbaycanı təmsil edib və ölkə vətəndaşlıöını qəbul etmişdi.
Şərif Şərifov 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında qızıl medal, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə bürünc medala sahib olub. Millimizin tərkibindı dünya və Avropa çempionları tituluna sahib olub.
O sonuncu dəfə 2021ci ildə Şərif Şərifov Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu turnirinin qalibi olub.
Nilufər