Məşhur futbolçu vəfat etdi
Serbiya millisinin və İtaliya "İnter"inin sabiq futbolçusu Sinişa Mixayloviç dünyasını dəyişib.
Bu barədə italiyalı jurnalist Nikola Skira paylaşım edib.
O, veteran müdafiəçinin 53 yaşında onkoloji xəstəlikdən vəfat etdiyini yazıb. Mixayloviç bir müddətdir xərçəngdən əziyyət çəkirdi.
Qeyd edək ki, Sinişa Mixayloviç futbolçu karyerası ərzində "İnter"lə yanaşı, ölkəsinin "Voyvodina", "Srvena Zvezda", İtaliyanın "Roma", "Sampdoriya" və "Latsio" klublarının da formasını geyinib. Baş məşqçi kimi də fəaliyyət göstərən mütəxəssis son olaraq İtaliya "Bolonya"sının sükanı arxasında olub.
Report