azia.az
azia.az

2021-ci ildə onları itirdik - Siyahı

14-12-2021, 08:37

2021-ci ildə onları itirdik - Siyahı
2021-ci bitməsinə sayılı günlər qalıb. Geridə qoyduğumuz ildə sənət aləmində çox sayda itkilərimiz olub. Onların bir çoxunun ölümünə isə son 2 ilin bəlası Covid-19 səbəb olub.

Novoye-vremya.com 2021-ci ildə vəfat edən sənət adamlarının siyahısını təqdim edir:

Xalq artisti Arif Quliyev bu ilin mayında koronovirus infeksiyasına yoluxub. Aktyor müalicə alsa da, mayın 7-də xəstəxanada dünyasını dəyişib.



Xalq artisti Canəli Əkbərov bu ilin oktyabrında 81 yaşında dünyasını dəyişib. Xanəndə II Fəxri Xiyabanda dəfn edilib.



Xalq artisti Rafiq Hüseynov (Rəmiş) aprelin 5-də vəfat edib. Gitara ifaçısının səhhəti ağırlaşmış, xəstəxanaya yerləşdirilmişdi. Onun ağ ciyərlərində problem olsa da, xəstəxana koronovirusdan vəfat etdiyini açıqlayıb.



Müğənni Aslan Hüseynov avtomobil qəzasında dünyasını dəyişib. Sənətçi Gəncədən gələrkən sükan arxasında yatıb və qarşıdakı maşına çırpılıb.



Müğənni Səyyad Əlizadə sentyabrın 30-da vəfat edib. Sənətçinin ölümünə səbəb koronovirus infeksiyası olub.



Xalq artisti Ramiz Əzizbəyli də bu ilin yayında koronavirusa yoluxub. Aktyor yerləşdirildiyi xəstəxanada iyunun 9-da dünyasını dəyişib.



Əməkdar artist Zöhrə Abdullayeva da 2021-ci ildə itirdiyimiz sənətkarlardan olub. O, mayın 28-də dünyasını dəyişib.



Xalq rəssamı Tahir Salahov mayda Almaniyada müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.



Xalq artisti Səməd Səmədov iyulun 24-də dünyasını dəyişib. Onun ölümünə səbəb koronovirus infeksiyası olub.



Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca da bu ilin mayında vəfat edib.



Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev bu ilin aprelində dünyasını dəyişib.



2021-ci il yanvarın 4-də bəstəkar Nailə Mirməmmədli dünyasını dəyişib. O, infarkt keçirmişdi.



Yanvarda vəfat edən digər bir sənət adamı isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov olub. O, koronovirus infeksiyasından dünyasını dəyişib.

Əməkdar artist Əlican Əzizov fevralda vəfat edib.



Xalq artisti Yalçın Rzazadə 74 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra fevralda dünyasını dəyişib.



Xalq artisti Ramiz Məmmədov vəfat edib. Onun ölümünə səbəb xərçəng olub.

Gənc muğam ifaçısı Tuqay İsmayılov vəfat edib. Onun ölümünə koronovirus infeksiyası səbəb olub.



Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib. Koronavirusa yoluxan müğənni apreldə evində dünyasını dəyişib.



Rusiya və Azərbaycanın Əməkdar artisti Mutay Xadulayev 2021-ci ildə dünyasını dəyişib.

Xanəndə Xasməmməd Hacıyev vəfat edib. Sentyabrda koronavirusa yoluxan xanəndənin həyatını xilas etmək mümkün olmayıb.



Xalq artisti, “Qaya” estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev sentyabrda vəfat edib. T.Mirzəyev 85 yaşında ömrünün son illərini yaşadığı İsraildə dünyasını dəyişib.



Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib. 86 yaşında dünyasını dəyişən aktyorun ölümünə koronovirus infeksiyası səbəb olub.

Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü Firudin Ələkbərov 100 yaşında vəfat edib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub.



Xalq artisti, rejissor, professor Ağakişi Kazımov dünyasını dəyişib. O, bu ilin oktyabrında 85 yaşında dünyaya gözlərini yumub.



Bu ilin sentyabrında Əməkdar artist Yaqub Zurufçu da həyatla vidalaşıb. Müğənninin ölümünə səbəb koronovirus infeksiyası olub.



Xalq artisti Vaqif Əliyev 81 yaşında vəfat edib. Bildirilib ki, V.Əliyev ürək çatışmazlığından dünyasının dəyişib.

Nağara ifaçısı Gülağa Quliyev bu ilin noyabrında vəfat edib.Onun ölümünə ürək-damar çatışmazlığı səbəb olub.



Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib. 73 yaşlı musiqiçinin ölümünə səbəb koronovirus infeksiyası olub. Onun eyni zamanda 2 qızı, həyat yoldaşı və qudası da Covid-19-un qurbanı olub.



Xalq şairi Musa Yaqub vəfat edib. Şair 84 yaşında dünyasını dəyişib. M.Yaqub parkinson xəstəliyindən əziyyət çəkirdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi