Beynəlxalq futbol qurumu azərbaycanlı futbolçuya görə bəyanat verdi
Fanat.Az xəbər verir ki, "İranWire" futbolçunun etiraz aksiyalarına qatıldığı üçün barəsində çıxarılan ölüm hökmünü açıqlamasından sonra FIFPro buna "Twitter" hesabından reaksiya verib.
Qurum “Traktor”un 26 yaşlı keçmiş müdafiəçisi haqda qərarı sərt şəkildə qınayıb: “FIFPro, ölkəsində qadın hüquqlarını və əsas azadlıqlarını dəstəkləyən etirazlardan sonra İranda futbolçunun edam olunacağı ilə bağlı xəbərlərdən şoka düşüb və qəzəblənib. Biz Əmirlə həmrəyik və onun cəzasının dərhal götürülməsinə çağırırıq”.
Mirağa