azia.az
azia.az

"Fənərbağça" və "Qalatasaray" braziliyalı futbolçunun transferi uğrunda savaşır

17-11-2022, 11:37


"Qalatasaray" müdafiə xəttinə yeni futbolçu cəlb etməyi planlaşdırır.

Azia.az  "Fanatik"ə istinadən xəbər verir ki, "Sevilya"nın Viktor Nelssonu 20 milyon avroya transfer etməyə hazır olması və Mathias Rossun zədələnməsi "Cim-Bom"u ciddi tədbir görməyə məcbur edir. Klub "Fənərbağça"nın da transfer siyahısında olan braziliyalı Nino ilə yaxından maraqlanır.

"Sarı-qırmızılar" 25 yaşlı müdafiəçinin transferi üçün futbolçu və "Fluminense" klubu ilə danışıqlara hazırlaşır.

Qeyd edək ki, Braziliya klubu 6 dəfə Braziliya millisində forma geyinən futbolçunu 6-7 milyon avroya satmağa hazırdır. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi