"Qalatasaray"dan transfer "bombası" - Bu dəfə "Real"ın ulduzunu heyətinə qatır
"Qalatasaray" klubu daha bir məşhur futbolçunu transfer etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi menecerlər vasitəsilə təklif edilən "Real"ın (Madrid") ulduzu Eden Hazardı heyətinə qatmağın yollarını axtarır. Klub rəhbərliyi artıq bu keçidi həll etmək üçün maliyyə müzakirələrinə başlayıb, bundan sonra ortaya çıxan məbləğə uyğun olaraq İspaniya təmsilçisinə müraciət ediləcək. Bu barədə "Fotomaç" məlumat yayıb.
Xəbərə görə belçikalı oyunçularla əlaqəsi yaxşı olan türk meneceri "kral" klubunu razı salmağın rahat olduğunu, lakin bu tansferdə "sarı-qırmızılar"ın futbolçunun maaşının nə qədər hissəsini ödəyə biləcəyinin əsas həlledici amil olduğunu vurğulayıb. O da qeyd edilir ki, "Qalatasaray" danışıqlarda Hazardın həmvətəni, yeni transfer Mertensdən istifadə edərək, "Real"ın ulduzunu razı salmaq istəyir.
"Qalatasaray"ın Hazardın maaşının 4 milyon avroluq hissəsini ödəyərək futbolçunu qarşı tərəfdən almaq istəyir. Bildirilir ki, "Real" Belçika millisinin üzvünü göndərmək istəyir, lakin hücumçunun maaşının çoxluğuna görə, heç bir təklif yoxdur. Məhz bu səbəbdən "kral" klubu Türkiyə təmsilçisinin bu variantına müsbət yanaşır.
Qeyd edək ki, 2019-cu ilin yayında 115 milyon avro qarşılığında "Çelsi"dən transfer edilən Eden Hazard "Real"da istənilən performans göstərə bilməyib. O, ötən mövsüm bütün turnirlərdə cəmi 18 oyunda meydana çıxıb və 1 asisstlə yadda qalıb.