Rusiya klubu "Fənərbağça"nın məşhur futbolçusunu 20 milyon avroya transfer edir
"Fənərbağça" klubunun futbolçusu Attila Salai karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı müdafiəçinin xidmətində "Zenit" maraqlıdır.
Rusiya təmsilçisi artıq İstanbul klubuna 20 milyon avroluq təklif də göndərib. Keçidin tezliklə reallaşması gözlənilir.
Qeyd edək ki, ötən ildən "Fənərbağça"da çıxış edən Salainin klubu ilə olan müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.