azia.az
azia.az

"Benzema mənə bir stəkan kola belə, vermədi" - Florentino Peres

19-10-2022, 15:46


Bazar ertəsi "Qızıl top" mükafatını qazanan Kərim Benzema 2009-cu ilin yayında "Real Madrid"ə necə transfer olunmasından danışıb.

Fanat.Az xəbər verir ki, "Onda Cero" həm fransız hücumçudan, həm də "kral klubu"nun prezidenti Florentino Peresdən bu barədə müsahibə alıb.

O vaxt "Barselona" və "Mançester Yunayted"in də ələ transfer etməyə çalışdığı Benzema "Real"a keçidini belə xatırladıb: "Yadımdadır, dostlarımla birlikdə idim. Mənə, ailəmə və agentimə zəng etdilər ki, tez evə getməliyəm, danışmalıyıq. Onlara vaxtımın olmadığını dedim. Dedilər ki, gəlməlisən, Florentino buradadır...Qapını açıb onu gördüm, heç nə demədim, sadəcə salamlaşdım. Sonra o məni dilə tutdu və razılıq verdim”.

Peres isə bunları deyib: “Onu razı salmaq üçün evinə getdim. Məni görəndə inana bilmədi, məəttəl qaldı və bir söz deyə bilmədi. Kərimə: "Sən dünyanın ən yaxşısı olacaqsan və buna nail olmaq üçün ideal yer "Real Madrid"dir", - dedim. O, mənə bir stəkan kola belə təklif etmədi. Kərim 13 il əvvəl - mən onunla müqavilə imzalayanda necə idisə, indi də elədir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi