azia.az
azia.az

Vaxtilə Nəcməddin Sadıkovdan “geroy” düzəldənlər indi də Kərim Vəliyevdən “sərkərdə” düzəldir…- KƏRİM VƏLİYEVDƏN ŞOK FAKTLAR

16-04-2022, 10:39




Vaxtilə Nəcməddin Sadıkovdan “geroy” düzəldənlər indi də Kərim Vəliyevdən “sərkərdə” düzəldir…- KƏRİM VƏLİYEVDƏN ŞOK FAKTLAR
Vaxtilə Nəcməddin Sadıkovdan “geroy” düzəldənlər indi də Kərim Vəliyevdən “sərkərdə” düzəldir…- KƏRİM VƏLİYEVDƏN ŞOK FAKTLAR
Bu ölkənin bir sərkərdəsi var – cənab Ali Baş Komandan İlham Əliyev

44 günlük Zəfər savaşından sonra Müdafiə Nazirliyində xeyli dəyişikliklər baş verdi, hətta uzun illər nazirlikdə kök salmış və dövlətimizin maraqlarına cavab verməyən bəzi generallar ordu sıralarından uzaqlaşdırıldı.
Bir az da açıq desək, Milli Ordumuzda təmizləmə prosesi aparıldı. Bu, bir dövlətin və milllətin gələcəyi üçün çox vacib məsələ idi. Amma...
Əmması odur ki, biz heç kimin fəaliyyətinə kölgə salmadan, heç kimin az da olsa xidmətinin üstündən qara xətt çəkmədən soyuq başla, məntiqlə baş verənlərə nəzər salmalıyıq.
Çünki vaxtilə general Nəcməddin Sadıkovları vəsf edənlər, onun sərkərdəliyini göylərə qaldıranlar....bu gün də eyni templə, eyni həvəs və maraqla Müdafiə Nazirinin 1-ci müavini, Baş Qərargahın rəisi, general-polkovnik Kərim Vəliyevdən “geroy” düzəltməklə məşğuldurlar.
Bəziləri Nəcməddin Sadıkovun həqiqi kimliyini az qala 30 il keçəndən sonra anlamağa başladılar, bəziləri isə hələ də anlamırlar. Ancaq bu 30 ildə Nəcməddin Sadıkovun Azərbaycan xalqına vurduğu zərbələrin sayı-hesabı yoxdur.
Görəsən, 30 il Nəcməddin Sadıkovun əlinin altında ona qulluq edən Kərim Vəliyevin fəaliyyətinə qiymət vermək üçün 30 il gözləməliyik..?
Kimdir axı, general-polkovnik Kərim Vəliyev..?
Son vaxtlar Kərim Vəliyevin böyük şairimiz Səməd Vurğunun qohumu olması dövriyyəyə buraxılıb.
Axı, kiminsə qohumu olması kimisə heç nədən sığortalamır.
Keçmiş baş nazirimiz Artur Rəsizadə də dahi şairimiz Hüseyn Cavidin yaxın qohumudur. Bu o demək deyil ki, Artur Rəsizadə xalqımıza layiqli qulluq edib. Bunlar dayaz söhbətlərdir.
Əlbəttə dahi Səməd Vurğuna böyük sevgimiz var.
Bəs Kərim Vəliyev kimdir..?
Bu adamın ailə üzvlərinin çoxu Amerika Birləşmiş Ştatlarında yaşayır. Yəqin ki, Kərim Vəliyev də nə vaxtsa ABŞ-a köçəcək.
Əlbəttə, biz kiminsə harada yaşamasına qarşı ola bilmərik. Hər bir insan öz yaşayış yerini seçməkdə azad və müstəqildir. Amma gəlin yalandan kimlərdənsə “patriot” düzəltməyək.
Kərim Vəliyev Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirəndə bir çox Azərbaycan oğulları əliyalın Qarabağda erməni faşistlərə qarşı döyüşürdü.
Bəs həmin zaman ali təhsilli hərbçi olan Kərim Vəliyev hara üz tutdu...?
Kərim Vəliyev 1990-1994-ci illərdə Moskvada, Frunze adına Hərbi Akademiyasında təhsil almışdır..
1990-94- cü illərdə Rusiyada çalışan xeyli zabitlərimiz evini və ailəsini ataraq Azərbaycana döyüşməyə gəlmişdilər.
Kərim Vəliyev isə həmin illərdə 2-ci “voyenni” təhsil alırdı.
Bəli, Kərim Vəliyevin əsas çıxış nöqtəsi budur –Rusiya...
Sonrakı illərdə isə Kərim Vəliyev uzun müddət Nəcməddin Sadıkovun sağ əli, hətta 1-ci müavini olub.
Niyə bircə dəfə orduda baş verən qanunsuzluqlara, hətta cinayət əməllərinə qarşı səsini çıxartmayıb.
Amma son bir ayda mətbuatda özü haqda böyük sərkərdə-filan obrazı yaradır.
Bu ölkədə birinci SƏRKƏRDƏ cənab Ali Baş Komandan İlham Əliyevdir.
Özünüzdən qəhrəman düzəltməyin.
Ötən saylarımızın birində Kərim Vəliyevin fəaliyyəti ilə bağlı, 2012-2015-ci illərdə Daxili Qoşunların Xususi Təyinatlılar Dəstəsində hərbi qulluqçu, xüsusi təyinatlı kimi qulluq edən, vətənpərvər xanım Tehranə Bəhruzinin fikirlərinə yer vermişdik.
Məlumat üçün qeyd edək ki, Tehranə Bəhruzi öncə Moskva Şəhər Universitetinin hüquq fakültəsini bitirib.
Sonra Samara Dövlət Universitetində psixologiya fakültəsində tibbi psixologiya ixtisası üzrə təhsil alıb.
Daha sonra Nijqorod Dövlət Universitetini elmi araşdırma, tibbi psixologiya-neyropsixologiya ixtisası üzrə bitirib.
Xanım həm də yüksək idman hazırlığına malikdir.
Tehranə Bəhruzi vətənpərvər xanım kimi 2012-2015-ci illərdə Daxili Qoşunların Xususi Təyinatlılar Dəstəsində hərbi qulluqçu, xüsusi təyinatlı kimi qulluq edib.
Sonradan 6 il işsiz qalan Bəhruzi Tehranə 18 fevral 2021-ci ildə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibbi psixoloq kimi fəaliyyət göstərib.
Kərim Vəliyev nazirin 1-ci müavini, Baş Qərargah rəisi təyin olunandan sonra nazirliyin qurumlarında hər şey baş-ayaq olub.
Belə ki, Kərim Vəliyev Baş Qəragah rəisi olan kimi Roman Çobanovu gətirib Baş Klinik Hospitala rəis qoyub. Və beləcə Hospitalda qanunsuzluqlar, rüşvət və korrupsiya halları baş alıb gedir.
Tehranə xanımın dediklərindən bəlli olur ki, o çalışdığı qısa vaxtda yeni testlər keçirib, hərbçilərin səhhəti ilə bağlı düzgün tibbi diaqnozun qoyulmasına nail olub.
Tehranə xanımla eyni şöbədə çalışan Sevinc Abbasovanın heç bir ali təhsili olmayıb.
Sevinc Abbasovanın atası ilə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Firudin Nəbiyev yaxın dostdular. Məhz buna görə də heç bir ali təhsili olmayan Sevinc Abbasova hazırda Baş Klinik Hospitalda işlədiyi halda, 3 ali təhsili olan və öz ixtisası üzrə çalışan Tehranə Bəhruzi guya müqavilə müddətinin başa çatması bəhanəsi ilə işdən çıxarılıb.
Və Firudin Nəbiyevin öz qızı Qospitalın poliklinikasında işlədiyi halda onu işdən azad edilən Tehranə Bəhruzinin yerinə gətiriblər.
Görəsən bu qanunsuzluqların səbəbi nədir..?
Məsələni çox uzatmadan qeyd edək ki, Bəhruzinin dediklərindən belə bəlli oldu ki, hərbçilərin psixoloji durumu ilə bağlı obyektiv diaqnozlar verməsi rəhbərliyi qane etmirmiş.
Çünki Kərim Vəliyevlərə lazım idi ki, hər bir hərbçidən 8-10 min alıb, onları saxta diaqnozla təqaüdə göndərsinlər.
Peşəkar psixoloq olan Tehranə Təbrizli isə buna yol vermədiyi üçün onu işdən azad ediblər.
İndi aydın oldumu, bəzilərinin “geroy” düzəltmək istədiyi Kərim Vəliyevin rəhbərliyi altında
ordumuzda nələr baş verir..?
P.S. Onu da unutmayın ki, Kərim Vəliyev Nəcməddin Sadıkovun əlinin altında böyük kurs keçib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi