azia.az
azia.az

DÇ: Azərbaycan güləşçilərini yarımfinala buraxmadılar

12-09-2022, 16:49

DÇ: Azərbaycan güləşçilərini yarımfinala buraxmadılar
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın yunan-Romada son iki, qadın güləşində isə ilk təmsilçisi mübarizəyə qoşulub.

Yunan-Roma güləşçilərindən 60 kiloqram çəki dərəcəsində çıxış edən Murad Məmmədov 1/8 finalda Rabbi Kilandiyə (Konqo) tam üstünlüklə qalib gəlsə də, 1/4 finalda Armen Nazaryanla (Bolqarıstan) bacarmayıb - 1:2.

130 kq-dakı Sabah Şəriəti 1/16 finalda Satiş Satişi (Hindistan) yenib. Lakin növbəti mərhələdə Amin Mirzazadeyə (İran) uduzub.

Qadın güləşçilərin 62 kq çəki dərəcəsində çıxış edən Tatyana Omelçenko isə ardıcıl olaraq Ti Nquyen (Vietnam) və Marva Amriyə (Tunis) qalib gəlib. Omelçenko 1/4 finalda Kiyoko Miraklla (ABŞ) bacarmayıb.

Güləşçilərimizin məğlub olduğu rəqiblər finala yüksələcəyi təqdirdə, onlar sentyabrın 13-də təsəlliverici görüşə qatılacaqlar.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 18-də yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi