azia.az
azia.az

Rio-2016: Elmar Qasımov finalda uduzdu

12-08-2016, 09:47

Rio-2016: Elmar Qasımov finalda uduzdu
Bu gün Azərbaycan milli komandasının cüdoçusu Elmar Qasımov Rio-2016 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Qol.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarışa 1/16 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Rusiya idmançısı, Londonda keçirilən Yay Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionu Taqir Xaybullayev olub. Rəqibinə qalib gələn Elmar 1/8 finala yüksəlib.

Bu mərhələdə isə Elmar əlcəzairli Lyes Bouyakubla qarşılaşıb və qələbə qazanaraq 1/4 finala çıxıb. Tərəflərdən hərəsi vazari xalı qazanıb, yekunda əlcəzairli idmançının şidosu Elmardar çox olduğundan (2:1) qələbə idmançımıza verilib.

E.Qasımov 1/4 finalda misirli Dərviş Ramazanla qarşılaşıb və ipponla qalib gələrək yarımfinala yüksəlib. Bu görüş cəmi 54 saniyə çəkib.

Yarımfinalda Elmar Ukrayna idmançısı Artem Bloşenko ilə qarşılaşıb və ipponla qalib gələrək finala yüksəlib. O, finalda Lukas Krpaleklə (Çexiya) qarşılaşıb.

Həlledici görüşdə məğlub olan Qasımov XXXI Yay Olimpiya Oyunlarında Azərbaycana ikinci gümüş medalı qazandırıb.

Qeyd edək ki, buna qədər digər cüdoçumuz, 73-da yarışan Rüstəm Orucov da finalda uduzaraq yığmamıza gümüş medal qazandırmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi