azia.az
azia.az

"Qarabağ" - "Sabah" oyununda qalmaqallı epizod: Hakim VAR-a baxmadı - VİDEO

12-09-2022, 10:44

"Qarabağ" - "Sabah" oyununda qalmaqallı epizod: Hakim VAR-a baxmadı - VİDEO
Ötən gün Azərbaycan çempionatının 6-cı turunda "Qarabağ" və "Sabah"la üz-üzə gəlib.
Metbuat.az xəbər verir ki, "köhlən atlar"ın 4:3 hesabı ilə qalib gəldiyi matçın 90+1-ci dəqiqəsində qalmaqallı an yaşanıb.

"Qarabağ"ın hücumu zamanı "Sabah" müdafiəçilərinin uzaqlaşdırmaq istədiyi top ağdamlıların futbolçusuna dəyib yan xətdən çıxsa da, hakim fərqli qərar verir. Yan xətt hakimi "Qarabağ"ın topu oyuna daxil etməli olduğunu göstərir. Nəticədə hücum davam edir, rəqib müdafiəçi cərimə meydançasında Kadi Borgesə qarşı kobud oynayır və meydan sahibləri penalti vurmaq hüququ əldə edir.

Beləliklə, Qurban Qurbanovun komandası 4:3 hesablı qalibiyyət ilə meydandan ayrılır. "Sabah" futbolçuları buna etiraz etsə də, baş hakim İnqilab Məmmədov VAR-a baxmır.

90+5-ci dəqiqədə "Sabah"ın baş məşqçisi Murad Musayev hakimə kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi