azia.az
azia.az

Azərbaycan millisinə rusiyalı cüdoçu cəlb olundu

7-09-2022, 14:34

Azərbaycan millisinə rusiyalı cüdoçu cəlb olundu
Azərbaycanın kişilərdən ibarət cüdo yığmasına yeni idmançı cəlb olunub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, əvvəllər Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarının heyətində çıxış edən Camal Qamzatxanov bundan sonra millimizin heyətində yer alacaq.

100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançının Azərbaycan yığmasında ilk sınağı 10-11 sentyabrda İtaliyanın Riççone şəhərində keçiriləcək Avropa açıq çempionatında olacaq.

Azərbaycan millisinə rusiyalı cüdoçu cəlb olundu

Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatının bürünc medalını qazanıb. O, eyni uğuru 2019-cu ildə Avropa birinciliyində də təkrarlayıb.

Qeyd edək ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində millinin lideri Uşanqi Kokauridir. Ölkəmizi Rio-2016 və Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edən 30 yaşlı milliləşdirilmiş gürcüstanlı 2018-ci ildə Bakıda təşkil olunan dünya çempionatının gümüş medalını qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi