azia.az
azia.az

Rafael Ağayev gümüş medal qazanıb - Tokio-2020

6-08-2021, 21:16

Rafael Ağayev gümüş medal qazanıb - Tokio-2020
Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb.

Azia.az-ın məlumatına görə, bu mükafata 5 qat dünya, 11 qat Avropa çempionu olan karateçimiz Rafael Ağayev layiq görülüb.

Bu, Azərbaycan yığmasının Tokio-2020-də dördüncü medalı olub. Rafaelə qədər yalnız bürünc mükafatlar əldə edən millimiz ən yüksək əyarlı medalını rəsmiləşdirib. Onadək millimizin heyətində cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal əldə edib. Sərbəst güləşçi Hacı Əliyev (65 kq) isə bu gün finala yüksəlməlkə özü üçün ən azı ikinci yeri təmin edib. //APA


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi