azia.az
azia.az

"Qarabağ" Zubiri satır? - AÇIQLAMA

31-08-2022, 17:28

"Qarabağ" Zubiri satır? - AÇIQLAMA
İbrahima Vadjidən sonra "Qarabağ"ın daha bir futbolçusunun komandadan ayrılacağı ilə bağlı məlumat yayılıb.

Offsideplus.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri klublarından biri Abdullah Zubiri heyətinə qatmaq istəyir. Dubay təmsilçisinin 30 yaşlı yarımmüdafiəçi üçün təklif göndərdiyi və mümkün transferi üçün böyük məbləğdə ödəniş etməyə hazır olduğu bildirilir.

"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl saytımıza açıqlamasında yayılan xəbərləri təkzib edib: "Nə Abdullah Zubirə, nə də "Qarabağ" klubuna belə bir təklif olunmayıb".

Qeyd edək ki, Zubir 2018-ci ildə "Lens" klubundan "Qarabağ"a transfer edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi