“Qarabağ” Norveç klubuna 500 min avro pul ödəyib?
"Qarabağ" seneqallı hücumçu İbrahima Vadjinin transferi üçün Norveçin "Hauqesun" klubuna 500 min avro pul ödəyib.
Bu iddia ilə Türkiyənin Kocaeli bölgəsinin mətbuatı məlumat yayıb.
I divizion klubu "Kocaelispor"un da maraq dairəsində olan futbolçu əvvəlcə bu klubda icarə əsasında çıxış etməli idi. 26 yaşlı futbolçu 100 min avro qarşılığında bir illiyə bu klubda oynamağa yaxın olub.
Lakin "Qarabağ" 500 min avro ödəyərək transferi həll edib.
Qeyd edək ki, "Qarabağ" İbrahima Vadji ilə iki gün əvvəl üç illik müqavilə bağlayıb.