Qarabağdakı "müdafiə ordusu" BURAXILACAQ - Petrosyan
“Qarabağdakı qondarma rejimin “müdafiə ordusu” buraxılacaq”.
KONKRET.az xəbər verir ki, bu barədə “Zerkalo” klubunda mətbuat konfransı zamanı qondarma rejimin polis polkovniki Tatul Petrosyan bildirib.
“Onlar erməni xalqını məhv etmək, “Arsax”ı tamamilə təslim etmək üçün planlar qurublar və fikirləşirlər.
Zəngəzurda azərbaycanlılar içəriyə doğru irəlilədilər. Qarabağ əhalisi artıq əmin olub ki, Ermənistan artıq onun təhlükəsizliyinin qarantı deyil. Hamıya məlumdur ki, bizim çağırışçı əsgərlərimiz bundan sonra ora xidmətə getməyəcək.
Hətta Arutyunyanın fərmanı ilə “müdafiə ordusu” da buraxılmalıdır. Sülhməramlılar bu gün Qarabağın bütün əhalisinin son ümididir”, – deyə Tatul Petrosyan əlavə edib.