Tatul Arutunyan təcili İrəvana aparılıb
Qarabağda yaralanmış erməni hərbi qulluqçusu Tatul Arutunyanın vəziyyəti ağır olaraq qalır.
İstiPress Novosti Armeniya-ya istinadən bildirir ki, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb.
19 yaşlı Tatul Arutunyan Xankəndi hospitalından Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hərbi hospitalına aparılıb.
Yerli KİV bildirir ki, Tatul Arutunyan aprelin 17-də saat 18:20 radələrində işğal altındakı ərazilərimizdə yerləşən erməni qoşunlarının şimal istiqamətindəki mövqeyində yaralanıb.