AÇ: Günay Gülnarla, Ülviyyə erməni ilə "sülh bağladı"
Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında şahmat üzrə Avropa çempionatında bu gün beşinci turun görüşləri keçirilib.
Xəbər verilir ki, tur çərçivəsində iki Azərbaycan dueli baş tutub. Günay Məmmədzadə Gülnar Məmmədova ilə "sülh bağlayıb", Xanım Balacayeva isə Səbinə İbrahimovanı yenib.
Ülviyyə Fətəliyeva ermənistanlı Elina Danielyanla, Gövhər Beydullayeva ukraynalı Anastasiya Raxmanqulova ilə heç-heçəyə razılaşıb.
Ləman Hacıyeva isə polşalı Aleksandra Maltsevskayaya uduzub.
Beləliklə, xalını 4-ə çatdıran Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova turnir cədvəlində 5-7-ci yerləri bölüşdürürlər. Ləman Hacıyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva 3, Səbinə İbrahimova 2 xal toplaya bilib.
Lider 4,5 xala malik polşalı Monika Soçkodur.
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq