Azərbaycanın şahmat komandası Almaniyaya qalib gəlib
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün III turun görüşləri keçirilib.
"Azia.az " "Report"a istinadən xəbər verir ki, ilk iki turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları bu dəfə də güclü rəqiblərlə üz-üzə gəliblər.
Kişilərdən ibarət komanda ardıcıl üçüncü qələbəsini Almaniya üzərində qazanıb. Heyət üzvlərindən yalnız Şəhriyar Məmmədyarov rəqibindən üstün olub, digərləri isə görüşlərini heç-heçə ilə başa vurub.
Qadın yığması isə çempionatda ilk məğlubiyyətini Gürcüstandan alıb. İlk iki lövhədə yer alan Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə uduzub, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva isə heç-heçə edib.
Avropa çempionatı, III tur
Kişilər
Azərbaycan - Almaniya - 2,5:1,5
Şəhriyar Məmmədyarov - Liviu-Diter Nisipyanu - 1:0
Teymur Rəcəbov - Aleksandr Donçenko - 0,5:0,5
Rauf Məmmədov - Vinsent Keymer - 0,5:0,5
Nicat Abbasov - Mattias Blübaum - 0,5:0,5
Qadınlar
Azərbaycan - Gürcüstan
Günay Məmmədzadə - Nana Caqnidze
Gülnar Məmmədova - Lela Cavaxişvili
Ülviyyə Fətəliyeva - Meri Arabidze
Xanım Balacayeva - Salome Melia
Qeyd edək ki, ilk iki turda kişilər İtaliya və Serbiyanı, qadınlar Türkiyə və İsveçi məğlub edib.