azia.az
azia.az

Şahmatçılarımız Avropa çempionatında Rusiya və Ukrayna yığmaları ilə yarılşı heç-heçə başa vurublar

17-11-2021, 08:49


Dünən Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçirilib.
Şahmatçılarımız Avropa çempionatında Rusiya və Ukrayna yığmaları ilə yarılşı heç-heçə başa vurublar
Xəbər verilir ki, kişilərdən ibarət komandamız Rusiya, qadın şahmatçılarımız isə Ukrayna yığması ilə qarşılaşmalarda ümumi hesabda xalları yarı bölüblər.

Belə ki, kişi şahmatçılarımız Şəhriyar Məmmədyarov Aleksandr Qrişuk, Teymur Rəcəbov Daniil Dubov, Qədir Hüseynov Andrey Esipenko, Rauf Məmmədov Kiril Alekseyenko ilə heç-heçə ediblər.

Qadın şahmatçılarımızdan isə Günay Məmmədzadə Anna Uşenina, Xanım Balacayeva Nataliya Buksa üzərində qələbə qazanıblar. Digər təmsilçilərimiz Gövhər Beydullayeva Nataliya Jukova, Gülnar Məmmədova Yuliya Osmaka uduzublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi