Ronaldoya qarşı təcavüz ittihamı yenidən gündəmə gəldi
“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldonu onu zorlamaqda ittiham edən keçmiş model Ketrin Mayorqa ABŞ məhkəməsinin idmançıya qarşı mülki iddiasının rədd edilməsi qərarından apellyasiya şikayəti verib. Məlumata görə, Mayorqa maddi təzminat tələb etsə də, futbolçunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edə bilməz.
Modelin Ronaldodan təxminən 79 milyon dollar almağa çalışdığı qeyd edilir. Yaxın vaxtlarda Mayorqanın vəkilləri onun San-Fransisko məhkəməsində şikayətini dəstəkləyəcəklər.
Qeyd edək ki, Mayorqa ilk dəfə 2018-ci ilin sentyabrında Ronaldonu zorlamada ittiham edib. O, cinayətin 2009-cu ildə Las-Veqasda baş verdiyini bildirib. Daha sonra idmançının susmağa görə ona 375 min dollar ödədiyini iddia edib.
Ronaldu isə hər şeyi inkar edib.
2019-cu ilin iyulunda Las-Veqas prokurorluğu Mayorqanın futbolçuya qarşı ittihamlarını əsassız hesab edib.