Ronaldu zorlama ilə bağlı bütün ittihamları rədd edib
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu cinsi təcavüzlə bağlı şəxsiyyətinə qarşı irəli sürülən bütün ittihamları rədd edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "The Sun" qəzeti idmançının vəkilinin təqdim etdiyi bəyanata istinadən məlumat yayıb.
"Ronaldu göstərilən qanun pozuntularındakı bütün ittihamları qəti şəkildə rədd edir. Özündə guya Ronaldunun ifadələrini ehtiva edən və mətbuatda yer alan bütün sənədlər uydurmadır", - deyə məlumatda qeyd olunur.