Ronaldu "Mançester Yunayted"də qalmaq üçün öz şərtini açıqladı
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubunda qalmaq üçün öz şərtini açıqlayıb.
Azia.az "Report"a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu yalnız yeni baş məşqçi Erik ten Haq ona komandada əsas rol verəcəyi təqdirdə "qırmızı şeytanlar"ı tərk etməyəcəyini bildirib.
Hələlik onun Mançester təmsilçisindəki gələcəyi ilə bağlı hər hansı narahatlıq yoxdur. Sadəcə, futbolçunun agenti Jorje Mendeş klub rəhbərliyindən dəqiq cavab gözləyir.
Qeyd edək ki, Kriştianu Ronaldunun "Mançester Yunayted" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.