"Liverpul"un sabiq futbolçusu Bakı klubunda (FOTO)
"Zirə" heyətinə iki yeni futbolçu cəlb edib.
Klubdan Qaynarinfo-ya verilən məlumata görə, Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalanıb.
27 yaşlı Lukoviçin son klubu Portuqaliya "Belenenseş”i olub. Serbiyalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşanın "Rakuv", Portuqaliyanın "Famalikan" klublarında çıxış edib.
23 yaşlı Qomesin son klubu Türkiyə "Menemenspor”u olub. "Liverpul"un yetirməsi olan portuqaliyalı hücumçu bu klubun U-23 komandasınadək yüksəlib. O, daha əvvəl ölkəsinin "Arouka”, Misirin "Haras El-Hadud”, "Tala El-Qaiş”, İngiltərənin "Forest Qrin Rovers” klublarının formasını geyinib.