Fransa millisinin və "Çelsi"nin sabiq futbolçusu Türkiyə klubunda
"Adana Dəmirspor" Fransa millisinin sabiq futbolçusu Loik Remini transfer edib.
Offsideplus.az xəbər verir ki, Super təmsilçisi 35 yaşlı təcrübəli hücumçu ilə mövsümün sonunadək sözləşmə imzalayıb. Onun son klubu "Çaykur Rizəspor" olub.
Qeyd edək ki,Remi karyerası ərzində "Nitsa", "Marsel", "Çelsi", "Kristal Palas", "Xetafe", "Las Palmas" və "Lill"də çıxış edib.