azia.az
azia.az

"Qarabağ" Azərbaycanı Polşaya yaxınlaşdırdı - Reytinq

10-08-2022, 09:03

"Qarabağ" Azərbaycanı Polşaya yaxınlaşdırdı - Reytinq
Ötən gecə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında baş tutan oyunlardan sonra UEFA klubların reytinq siyahısını yeniləyib.

"Qarabağ"ın sayəsində Azərbaycanın 2022/2023 mövsümü üçün xal ehtiyatı yenidən artıb.


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarıstanın "Ferentsvaroş" klubu üzərində 3:1 hesablı səfər qələbəsi ölkənin aktivinə daha 0,250 xal gətirib.

Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan Azərbaycanın cari mövsüm üzrə əmsalını 1,875-ə, son 5 mövsümdə isə 14,500-ə çatdırıb. Azərbaycan 29-cu pillədə qalsa da, 15,375 xalla 28-ci sırada qərarlaşan Polşaya yaxınlaşıb.

Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi "Neftçi" III təsnifat mərhələsinin cavab oyununda avqustun 11-də Avstriyada "Rapid" (Vyana) klubunun qonağı olacaq. Bakıdakı ilk matçda "ağ-qaralar" rəqibini məğlub edib - 2:1.

Qeyd edək ki, son reytinq siyahısında müəyyən dəyişikliklər də baş verib. Çexiya 24,175 16-cı pilləyə yüksəlib. Buna "Qarabağ"ın pley-offdakı rəqibi olan Plzen "Viktoriya"sının evdə Moldova "Şerif"inə 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub. Əvəzində 23,975 xalı olan Yunanıstan 17-cı sıraya geriləyib.

Bundan başqa, İrlandiya (9,375) 36-cı yerə qalxıb. Eyni xala malik Finlandiya və Bosniya və Herseqovina (hər ikisi 9,375) isə müvafiq olaraq, 37 - 38-ci pilləyə geriləyiblər.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi