azia.az
azia.az

Azərbaycan əmsal ehtiyatını artırdı, ancaq...

5-08-2022, 09:13

Azərbaycan əmsal ehtiyatını artırdı, ancaq...
Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün yenidən əmsal ehtiyatını artırıb.
Fanat.Az xəbər verir ki, bu, "Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Avstriyanın "Rapid" (Vyana) klubu üzərində 2:1 hesablı ev qələbəsi sayəsində mümkün olub. u nəticə ölkənin aktivinə daha 0,250 xal gətirib.

Azərbaycan bu mövsüm üzrə əmsallarını 1,625-ə, son 5 mövsümdə isə 14,250-yə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,375 xalla Polşa qərarlaşıb.

Hazırda avrokuboklarda iki komanda ilə yoluna davam edən Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ" III təsnifat mərhələsinin cavab oyununda avqustun 9-da Macaırstanda "Ferentsvaroş"un qonağı olacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib. "Neftçi" isə avqustun 11-də "Rapid"in qonağı olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi