azia.az
azia.az

"Qarabağ" reytinq hesabını açdı, amma...

13-07-2022, 10:18

"Qarabağ" reytinq hesabını açdı, amma...
Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümündə ilk reytinq xallarını qazanıb.

Fanat.Az xəbər verir ki, "Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Polşa "Lex"i üzərində 5:1 hesablı qələbə qazanaraq 0,250 xal əldə edib.

Beləliklə, Azərbaycanın son 5 mövsüm üzrə xal sayı 12,875-ə çatıb. Bununla belə, mövqeyimiz dəyişməyib - 29-cu yer. Səbəb 13,750 xalla 28-ci yerdə gedən Polşanın UEFA Konfrans Liqasındakı təmsilçiləri "Lexiya" və "Poqon"un elə I təsnifat mərhələsindən mübarizəyə başlayaraq, ilk görüşlərini qələbə ilə başa vurmalarıdır. Azərbaycanın bu turnirdəki təmsilçiləri "Neftçi", "Zirə" və "Qəbələ" isə yarışa II təsnifat mərhələsindən start verəcəklər.

Reytinq siyahısında dəyişikliklər aşağı pillələrdə baş verib. Lüksemburq 8,500 xalla 35-ci pilləyə yüksəlibsə, hərəyə 8,375 xalı olan Finlandiya ilə Bosniya və Herseqovina 36-37-ci yerləri bölüşür. Xalını 8,125-ə çatdıran Litva 39-cu mövqeyə irəliləyibsə, 7,875 xalı olan Ermənistan 40-cı yerə geriləyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi