azia.az
azia.az

Ermənistana uduzan kişi idmançıları Kəlbəcərə, yaxud Laçına hərbi xidmətə göndərək -TƏKLİF

9-08-2022, 13:19

Ermənistana uduzan kişi idmançıları Kəlbəcərə, yaxud Laçına  hərbi xidmətə göndərək -TƏKLİF
Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun oyunları keçirilib.

Azia.az xəbər verir ki, kişi və qadınlardan ibarət millimiz Ermənistanla qarşılaşıb. Qadın şahmatçılarımız rəqib üzərində 4:0 hesablı qələbə qazansa da, Kişilərdən ibarət kollektiv uduzub (1:3).

“Ermənistana uduzan bütün kişi şahmatçılarımızın hamısını, məşqçi və digər rəhbər heyət ilə birlikdə Kəlbəcərə, yaxud Laçına 1.5 il müddətinə hərbi xidmətə gönərmək lazımdır ki, əsgərimizdən Qələbə əldə etmək üzrə ibrət dərsi alsınlar”.

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki ilk onluğa belə düşməyən kişi şahmatçıların aldığı qonorarı və maaaşı da haqq edən qadın komandasına vermək lazımdır: “Bu daha ədalətli olar. Şahmat Federasiyası, şahmat məktəblərinin rəhbərləri və müəllimləri arasında yarış keçirilsə, nə qədər şahmat oynaya bilməyənlərin şahmatdan şagirdlərə dərs keçdiyinin şahidi olacaqsınız”.

Ədalət Verdiyev Ermənistana 4:0 hesabı ilə qalib gələn qadın şahmat komandamızı təbrik edib, bütün heyətə dərin təşəkkürünü bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi