"Qarabağ"a qol vuran futbolçu: "Sərt rəqibə qarşı oynadıq"
"Sərt rəqibə qarşı oynadıq. Müdafiədə bütün gücümüzdən istifadə etməli olduq ki, onların əsasında hücumlar yaradaq".
"Report" xəbər verir ki, bunu Macarıstan "Ferentsvaroş"unun futbolçusu Frank Boli Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündən sonra deyib.
Komandasının qolunu vuran 29 yaşlı hücumçu bildirib ki, evdə oynayacaqları cavab qarşılaşmasında üstünlüyə malik olacaqlar. O, səbəb kimi doğma azarkeşlər önündə çıxış edəcəklərini göstərib.
Fil Dişi Sahilindən olan forvard hansı mövqedə oynadığını deyə bilməyib: "Baş məşqçimiz Stanislav Çerçesov mənə bildirdi ki, sağ cinahdan mərkəzə mümkün qədər çox yardımçı olum. Mən də bu təlimatlara əməl etdim".
Boli komandadan gedəcəyi barədə şayiələrə də reaksiya verib: "Hazırda mən "Ferentsvaroş"dayam və yalnız bu komandanı düşünürəm".
Qeyd edək ki, Frank Boli "Qarabağ"la görüşün 17-ci dəqiqəsində hesabı açıb. 34-cü dəqiqədə isə Ovusu Kvabena bərabərlik qolunu vurub. Cavab matçı avqustun 9-da keçiriləcək.