"Ferentsvaroş"un kapitanı: “Qarabağ”ın yaxşı komanda olduğunu gördük"
"İkinci hissədə biz daha çox nəticəni qorumağa çalışdıq".
Məlumata görə, bunu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Macarıstanın "Ferentsvaroş" klubunun kapitanı və qapıçısı Deneş Dibus deyib.
O, 1:1 hesabı ilə başa çatan görüşün çətinliyindən danışıb: "Oyun şəraiti ağır, rütubət yüksək idi. Stadion çox gücümüzü aldı. Qarşılaşmada nəticə onların xeyrinə də bitə bilərdi, çünki onların da şansları vardı. Səfərdəki heç-heçədən narazı qala bilmərik. Buraxdığımız qolda bir az bəxtimiz gətirmədi. “Qarabağ”ın yaxşı komanda olduğunu gördük. Bütün bildiklərimiz ikinci oyunda bizə lazım olacaq. Bunu evdə – öz tamaşaçılarımızın qarşısında etmək lazımdır”.
Qeyd edək ki, "Ferentsvaroş" – "Qarabağ" cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.