"Atletiko” - "Qarabağ” oyununun ən yaxşı futbolçusu müəyyənləşib
Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində İspaniyada keçirilən "Atletiko” - "Qarabağ” oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, "Qarabağ"ın yarımmüdafiəçisi Miçeldir. 32 yaşlı oyunçu Ağdam komandasının yeganə qolunun müəllifi olub."Atletiko" - "Qarabağ" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.