azia.az
azia.az

Ronaldu "Mançester Yunayted"də nə vaxt oynayacağını açıqlayıb

30-07-2022, 09:21

Ronaldu "Mançester Yunayted"də nə vaxt oynayacağını açıqlayıb
İngiltərənin "Mançester Yunayted" futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu komandasının İspaniyanın "Rayo Valyekano"su ilə yoldaşlıq oyununda iştirak edəcəyini açıqlayıb.

"Report"un məlumatına görə, hücumçu bu barədə sosial şəbəkədəki hesabında yazıb.

Görüş iyulun 31-də “qırmızı şeytanlar”ın doğma stadionu “Old Trafford”da baş tutacaq.

Hücumçu yazıb ki, şənbə günü "Atletiko Madrid"lə yoldaşlıq oyunu üçün təyyarə ilə Osloya uçan "Mançester Yunayted"in futbolçuları siyahısına salınmayıb.

"Kral” bazar günü oynayacaq", - Ronaldu qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi