Ronaldu mühafizəçi xanımdan üzr istədi - FOTO/VİDEO
Çempionlar Liqasında qrup mərhələsinin açılış turunda "Mançester Yunayted" "Yanq Boyz"un qonağı olub.
Azia.az "Eurosport"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin hücumçusu Kriştianu Ronaldu (Cristiano Ronaldo) isinmə hərəkəti zamanı zərbə vurduğu top mühafizəçi qıza dəyib.
Dərhal qadına yaxınlaşan ulduz futbolçu ondan üzr istəyib və öz "Mançester Yunayted" formasını xanıma hədiyyə edib.
Həmin epizodun videogörüntüsünü təqdim edirik.
Xatırladaq ki, oyunda "Qırmızı şeytanlar" 2:1 hesabı ilə məğlub olublar. "Mançester Yunayted"in heyətində yeganə qolu oyunun 13-cü dəqiqəsində Kriştianu Ronaldu vurub. Meydan sahiblərinin qollarını isə 66-cı dəqiqədə Nqalameu, 90+5-ci dəqiqədə isə Syebatçeu vurub.