"Aris" "Neftçi" ilə oyundan əvvəl Bakıda ilk məşqinə çıxıb
Kiprin "Aris" komandası "Neftçi"yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl Bakıda ilk məşqinə çıxıb.
Məlumata görə, axşam saatlarında baş tutan hazırlıq prosesi bir saatdan çox çəkib.
Yalnız polşalı yarımmüdafiəçi Karol Struski fərdi şəkildə məşq edib.
Bu gün saat 20:30-da Limassol təmsilçisinin baş məşqçisi Aleksey Şpilevskinin mətbuat konfransı, saat 21:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Qeyd edək ki, iyulun 28-də oynanılacaq "Neftçi" - "Aris" qarşılaşması saat 21:00-da start götürəcək. İlk matçda Kipr klubu 2:0 hesabı ilə qalib gəlib.