Finlandiyada "Neftçi"yə qarşı daha bir hörmətsizlik
Bu gün UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" Finlandiyada HİK-lə qarşılaşacaq.
Ötən gün "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun oyunöncəsi mətbuat konfransının stadionda keçirilməsinin ardından daha bir kuryoz hal yaşanıb.
Azia.az-ın Finlandiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, matçı media tribunasından izləməli olan jurnalistlərə yer ayrılmayıb. Nəticədə, "Neftçi" rəhbərliyi bilet alaraq Azərbaycandan ezam olunan jurnalistlərin tribunalardan oyunu izləməsinə şərait yaradıb.
Xatırladaq ki, HİK - "Neftçi" matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bakıda keçirilən ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.