"Qarabağ"ın sabiq idman direktoru "Lokomotiv"in baş məşqçisi təyin olunub
"Qarabağ"ın sabiq idman direktoru Con Van Leon Gürcüstanın "Lokomotiv" klubunun baş məşqçisi təyin olunub.![]()
Xəbər verilir ki, niderlandlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Con Van Leon 2014 - 2016-cı illərdə “Qarabağ”da çalışıb.