"Bazel"in baş məşqçisi "Qarabağ"ı bəyənməyib - "Təəssüf ki..."
"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrənin "Bazel" komandasının baş məşqçisi Patrik Rahmen yerli mətbuata püşkü dəyərləndirib.
Azia.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis qrupdakı kollektivlərlə oyunlarda stadiona azarkeş yığa bilməyəcəklərini bildirib:
"Təəssüf ki, cəlbedici klublarla eyni qrupa düşmədik. Bundan başqa, uzun səyahətlərdən sonra çempionatda vacib oyunlara çıxmalı olacağıq. Lakin burada müsbət məqamlar da var. Əsas hədəfimiz qrupdan çıxmaq olacaq".
Qeyd edək ki, "Qarabağ" "Bazel"lə yanaşı, Kiprin "Omoniya" və Qazaxıstanın "Kayrat" klubları ilə H qrupunda mübarizə aparacaq.