"Şerif"in baş məşqçisi: "Qarabağ"a simpatiyam var"
"Rəqibi qrupa düşməsi münasibətiləQ təbrik edirik. Bu gün güclü komandaya uduzduq. Ümid edirdik ki, sonadək, ən azı ilk hissədə bərabərliyi saxlayacağıq. Ancaq erkən qol buraxdıq. Bu, "Qarabağ"ın ilk hücumundaca baş verdi. İlk hissədə futbolçularımızda özünəinam hissi yox idi. İkinci hissədə bir az oyunumuz yaxşılaşdı. Ancaq "Qarabağ" vaxtında 2-ci və 3-cü qolları vurdu".
Qaynarinfo xəbər verir ki, bu sözləri Moldovanın "Şerif" klubunun baş məşqçisi Qoran Sabliç "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
Oyundan əvvəl mətbuat konfransında inamlı danışan 39 yaşlı mütəxəssis komandasının zəif çıxış etdiyini bildirib: "İlk növbədə "Qarabağ"ın oyununu fərqləndirəridim. Bəzi futbolçularımız zəif çıxış etdi. "Qarabağ" bu qələbəni layiqli qazandı. Komandaya irad həmişə tapmaq olar. Bu gün fərdi oyun keyfiyyətləri ilə seçilən, Çempionlar Liqasının qrupunda oynayan komandaya uduzduq. Bütün gücümüzü ortaya qoyduq. İlk matçda qalib gəldik, ancaq cavab matçında qol vurmağımız lazım idi. Bunu bacarmadıq".
O, "Qarabağ"a simpatiyasının olduğunu bildirib: "Qarabağ"a ötən il Çempionlar Liqasında baxmışdım. Bu komandaya simpatiyam var. Bu il də elə olacaq. Bu il "Qarabağ" bizim üçün çətin rəqib idi".