“Qarabağ”ın sabiq qapıçısı “Everton”la müqaviləni uzadıb
Qapıçı Asmir Beqoviç “Everton”la yeni müqavilə imzalayıb.![]()
“Azia.az” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilib ki, A.Beqoviç ilə müqavilə birmövsümlükdür.
Xatırladaq ki, bosniyalı qapıçı ötən mövsüm “Everton”un heyətində 7 oyuna çıxıb, 13 qol buraxıb.
Qeyd edək ki, bosniyalı “Çelsi”nin tərkibində İngiltərə çempionu olmaqla yanaşı, “Qarabağ”la da Azərbaycan çempionu olub.