İngiltərə Premyer Liqası: "Çelsi" klubu oyunun sonuna üç dəqiqə qalmış qələbə topunu vurub
İngiltərə Premyer Liqasının üçüncü turuna yekun vurulub.
azia.az xəbər verir ki, üçüncü turun son oyununda "Nyukasl" "Çelsi" klubunu qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Londonluların heyətində Eden Hazard (onbirmetrlik), Deandre Yedlin (avtoqol), meydan sahiblərinə isə Coselu fərqləniblər.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Votford" - "Kristal Palas" - 2:1
"Fulhem" - "Barnli" - 4:2
"Volverhemton" - "Mançester Siti" - 1:1
"Bornmut" - "Everton" - 2:2
"Southampton" - "Lester" - 1:2
"Huddersfield" - "Kardiff Siti" - 0:0
"Arsenal" - "Vest-Ham" - 3:1
"Liverpul" - "Brayton" - 1:0