azia.az
azia.az

"Beşiktaş" heyətini daha bir ulduz futbolçu ilə gücləndirir

14-08-2021, 13:58


Daha bir dünya ulduzu Super Liqada - Baş məşqçi açıqladı

"Beşiktaş" heyətini daha bir ulduz futbolçu ilə gücləndirir
Azia.az xəbər verir ki, hücum xəttinə braziliyalı Aleks Teyşxeyranı transfer edən İstanbul klubu müdafiəyə onun həmyerlisi David Luizi gətirir.

Məşhur "Record" qəzeti "Beşiktaş"ın ulduz futbolçu ilə anlaşmaq üzrə olduğunu yazıb. Nəşr iddia edib ki, türk klubu futbolçuya illik 2,5 milyon avro təklif edib, braziliyalı 3,5 milyon istəyir. Tərəflərin maaş məsələsində anlaşmaq üzrə olduğu bildirilir.

Braziliyalı "Benfika"nın gündəmində olsa da, bu kluba keçməyəcək. Bu barədə Portuqaliya klubunun baş məşqçisi Xorxe Xesus açıqlama verib: "David Luiz "Benfika"ya dönməyəcək. Hələ bura dönməsi üçün doğru zaman deyil. Artıq "Befika"da oynaya biləcəyini düşünmürəm. Mən və azarkeşlərimiz onu çox sevirik. Əgər vəziyyət dəyişməyibsə, Türkiyəyə gedəcəyini bidirəm".

Qeyd edək ki, son olaraq İngiltərə "Arsenal"ında çıxış edən David Luiz əvvəllər Braziliyanın "Vitoriya", Portuqaliyanın "Benfika", İngidtərənin "Çelsi" və Fransanın PSJ klublarının formasını geyinib, Braziliya millisində keçirdiyi 57 oyunda 3 qol vurub. Onun transferinə ümumilikdə 118,7 milyon avro xərclənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi